...

Türkiyə Futbol Federasiyasının prezidenti Azərbaycana səfərini təxirə salıb

Cəmiyyət Materials 25 İyul 2006 13:37 (UTC +04:00)

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Haluk Ulusoy Azərbaycana səfərini təxirə salıb.

Trend in xəbər verdiyi kimi, hörmətli qonaq Bakıya bu həftənin sonunda gəlməli idi. Ancaq obyektiv səbəblərlə əlaqədar səfər təxirə salınıb. Səfər zamanı o, azərbaycanlı həmkarları ilə görüşmək, Federasiyalar arasında ikitərəfli əlaqələri müzakirə etmək və digər məsələlərə toxunmaq niyyətindədir. Qeyd edək ki, Federasiyalar arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə mövcuddur.

H.Ulusoyun səfər tarixi hələlik məlum deyil. Bundan başqa, 2008-ci il Avropa çempionatının seçmə turnirinin başlanmasına bir aydan az vaxt qalıb. FİFA-nın qərarına görə, türklər ev görüşlərindən bir neçəsini səfərdə keçirəcək.

Xəbər lenti

Xəbər lenti