...

"Karvan" klubunun forvardı UEFA Kubokunun cavab oyununda kluba kömək edə bilməyəcək

Cəmiyyət Materials 25 İyul 2006 15:39 (UTC +04:00)

"Karvan"ın hücumçusu Yaqubu Bamba UEFA Kubokunun birinci raundu çərçivəsində iyulun 27-də Slovakiyada Trnavanın Spartak klubuna qarşı cavab oyununda komandasına kömək edə bilməyəcək.

Trend in xəbər verdiyi kimi, ağır zədə alması ilə əlaqədar ötən mövsümün sonunu buraxmış hücumçu Fransada müalicə kursu keçir. Buna görə də o, kluba yalnız Avropa Kubokunun ikinci raundunda qayıda biləcək (əgər yevlaxlılar birinci maneəni aşa bilsələr). Kollektivdə əsas rollardan birini oynayan Y.Bambanın Azərbaycan çempionatının startını da buraxacağı tam ehtimal olunur. Ancaq onun qayıtmağına az qalıb.

Xatırladaq ki, "Karvan" artıq Slovakiyadadır və məsuliyyətli qarşılaşmaya hazırlığı başa çatdırır.

Xəbər lenti

Xəbər lenti