...

İnsan haqları üzrə Avropa məhkəməsi Azərbaycandan icraata qəbul olunmuş 3 iş üzrə hələ qərar çıxarmayıb

Cəmiyyət Materials 26 İyul 2006 13:53 (UTC +04:00)

Azərbaycan vətəndaşlarından icraata qəbul olunmuş 3 iddiaya görə İnsan haqları üzrə Avropa Məhkəməsinin çıxardığı qərar hələ açıqlanmayıb. Bu barədə Trend ə Avropa Şurasının Bakıdakı informasiya ofisinin başçısı İlqar İbrahimli bildirib.

Ölkənin və Avropa məhkəməsinin qarşılıqlı münasibətləri tarixində ilk dəfə Azərbaycan vətəndaşlarından 3 iddia 2005-ci ildə icraata qəbul olunub. İ.İbrahimlinin qeyd etdiyi kimi, adətən bu və ya digər iş üzrə qərar qəbul olunan zaman İnsan haqları üzrə Avropa məhkəməsi nəticələri elan edir. Lakin bu işlər üzrə qərarlar hələ açıqlanmayıb və o qeyd edib ki, bu məsələ hələ açıq qalıb.

Xatırladaq ki, 2003-cü ildə İnsan haqları üzrə Avropa məhkəməsinə Azərbaycandan 266 ərizə göndərilib, bunlardan 238-i həlledici orqana təqdim edilib, 45-nə isə imtina edilib. 2004-cü ildə məhkəməyə 251 iddia göndərilib, bunlardan 151- i həlledici orqana təqdim edilib, 200-ə isə imtina edilib. 2005-ci ildə təqdim edilmiş 172 iddiadan 120-i rədd edilib. 2003-cü ildə Avropa məhkəməsi 3 iddiaya, 2004-cü ildə 15, 2005-ci ildə isə 5 iddiaya görə Azərbaycan tərəfi ilə məktublaşıb.

Xəbər lenti

Xəbər lenti