...

Samir Musayev: "Əgər qol vursam, "Qarabağ" UEFA Kubokunun növbəti raunduna çıxacaq"

Cəmiyyət Materials 27 İyul 2006 15:20 (UTC +04:00)

"Əgər mən qol vurmağa müvəffəq olaramsa, o zaman "Qarabağ" UEFA Kubokunun 2-ci raunduna çıxacaq. Bu barədə Trend ə ağdamlıların hücumçusu, forvard Samir Musayev iyulun 27-də Avropa Kubokunun "Şəfa" stadionunda "Zimbru"ya qarşı keçiriləcək cavab oyunu ərəfəsində bəyan edib.

Hücumçu hesab edir ki, Kişinyov görüşünün heç-heçə - 1:1 hesabla başa çatmasını nəzərə alaraq ev sahiblərinin moldavanların əngəllərinin qarşısını almaq üçün gözəl imkanları var. "İndi hər şey öz əlimizdədir və qələbə üçün oynamağa çalışacağıq. Ancaq "Zimbru" kimi rəqiblə hesabı saxlamaq üçün oynamaq kifayət qədər təhlükəlidir. Axı onların kifayət qədər yaxşı icraçıları var", - deyə S.Musayev nəzərə çatdırıb.

Onun sözlərinə görə, "Qarabağ" futbolçuları qətiyyətlidir və UEFA Kubokunun turnir cədvəlində mümkün qədər irəli getmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti