...

Azərbaycanlı taekvondoçu Elvin Məmmədov dünya birinciliyində 2-ci yeri tutub

Cəmiyyət Materials 29 İyul 2006 11:06 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət taekvondo yığması Vyetnamda keçirilən dünya birinciliyində daha bir mükafat qazanıb.

Trend in məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Elvin Məmmədov gümüş mükafat qazanıb. O, finalda fransız Belhac Yasinə bir xal fərqi ilə uduzaraq 2-ci yeri tutub. Beləliklə, artıq komandanın aktivində iki medal var. Bunlardan biri bu günlərdə Eldar Qurbanovun (45 kq) qazandığı "bürünc"dür. Bununla belə, Gündüz Abdullayevin yetirmələrinin uğuru inkişaf etdirmək şansı var. Çünki yarış davam edir.

Gözlənildiyi kimi, dünya birinciliyinin liderləri koreyalı taekvondoçulardır. Onların aktivində 4 qızıl medal var.

Xəbər lenti

Xəbər lenti