...

Gələn il Bakıda Nobel qardaşlarının monumentinin qoyulması reallaşa bilər

Cəmiyyət Materials 29 İyul 2006 12:53 (UTC +04:00)

Azərbaycanda Nobel qardaşlarının monumentinin yaradılması üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Nobel Komitəsi ilə danışıqlar aparılır. Bu barədə Trend ə İsveç-Azərbaycan Elm və Araşdırmalar Mərkəzinin rəhbəri Bəhram Atabəyli məlumat verib.

Diaspor təşkilatının rəhbəri bildirib ki, Bakıda Nobel monumentinin qoyulması ilə bağlı layihə hazırlayıb və Azərbaycanın Xarici İşlər Nazirliyinə, Nobel Komitəsinə, Azərbaycanın İsveçdəki səfirliyinə təqdim edib. Bəhram Atabəylinin sözlərinə görə, Azərbaycanda monumentin yaradılması üçün onun məktubuna cavab verilməlidir: "Mənim bu təklifimə baxandan sonra Azərbaycanda müvafiq dövlət orqanları bu layihənin həyata keçməsi üçün razılıq verməlidirlər. Bundan sonra monumentin Bakının hansısa yerində qoyulması müəyyənləşməlidir. İlk dəfə Nyu-Yorkda Alfred Nobelin monumenti qoyulub. Biz istərdik ki, Bakı ilə bağlı olan Nobel qardaşlarının adına monument ucaldılsın. Hələlik məktubuma cavab yoxdur".

B.Atabəyli qeyd edib ki, həmin layihənin reallaşması gələn il baş tuta bilər. Onun sözlərinə görə, bu işdə İsveçin Nobel Komitəsi, həmçinin neft şirkətləri sponsorluq edə bilərlər.

Xəbər lenti

Xəbər lenti