...

Şeyxülislam Hacı Allahşükür Paşazadə və İkinci İliya ikitərəfli münasibətləri müzakirə etdilər

Cəmiyyət Materials 31 İyul 2006 13:25 (UTC +04:00)

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Bütün Gürcüstanın Katalikos-Patriarxı İkinci İliya Tbilisidə ikitərəfli münasibət məsələlərini müzakirə ediblər.

Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, görüş bağlı qapılar arxasında keçirilib və iki saat davam edib. Görüşün sonunda din liderlərinin jurnalistlərə bildirdiyi kimi, tərəflər iki ənənəvi konfessiya arasındakı münasibətləri müzakirə ediblər.

"Münasibətlərimiz hər zaman xüsusi mehribanlıq və tərəfdaşlığı ilə seçilib, biz bir-birimizin dini baxışlarına hörmət edirik və əməkdaşlığın yüksək dərəcədə olduğunu qeyd edə bilərik", - deyə İkinci İliya bildirib və qeyd edib ki, bu cür görüşlər ənənəyə çevrilib. "Biz hər zaman bütün məsələlər üzrə həmrəy olduğumuzu hiss edirik", - deyə o bildirib.

İkinci İliya qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlı müsəlmanlar Gürcüstan dövlətçiliyinə loyal münasibətləri ilə seçilirlər və özlərini ölkənin dəyərli vətəndaşı hesab edirlər. O qeyd edib ki, onlar dini ehtiyaclarının icrasında heç bir problemlə qarşılaşmırlar.

Şeyxülislam Tbilisiyə bu gün başlanan "Ənənəvi dini təlimlərdə qadınların rolu" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün gəlib. Konfransın keçirilməsinin təşəbbüskarları qismində Patriarxlıq və Qafqaz Müsəlmanları İdarəsi çıxış edir. Konfransda Azərbaycan, Gürcüstan, İran, Türkiyə və Rusiyanın din xadimləri iştirak edəcək. Burada Bütün Gürcüstanın Patriarxı İkinci İliyanın və Şeyxülislam A.Paşazadənin çıxış edəcəyi gözlənilir. Gürcüstan səfəri çərçivəsində şeyxülislam orada yaşayan azərbaycanlılarla görüşməyi də planlaşdırır.

Xəbər lenti

Xəbər lenti