...

Gəncədən magistraturaya 164 nəfər qəbul olunub

Cəmiyyət Materials 3 Avqust 2006 12:29 (UTC +04:00)

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə nümayəndəliyindən verilən məlumata görə, bu il şəhərimizdə yerləşən 3 ali məktəb üzrə 704 tələbə magistraturaya daxil olmaq üçün sənədlərini təqdim edib. Onlardan 126 nəfəri Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, 78-i isə Azərbaycan Texnologiya Universitetini seçib. Ən çox sənəd isə Gəncə Dövlət Universitetinə verilib. Bu təhsil ocağında magistr pilləsinə yüksəlmək istəyən tələbələrin sayı 500-ə yaxın olub.

TQDK Gəncə nümayəndəsi Məntiq Cəfərovun sözlərinə görə, bu bakalavrlardan yalnız az bir qismi - AKTA-dan 24 nəfər, ATU-dan 16 nəfər, GDU-dən isə 124 nəfər magistrant olmaq şansı qazanıb. M.Cəfərovun sözlərinə görə, ATKA və ATU-dan 80%, GDU-dən isə 50% magistr yerləri boş qalıb.

Xəbər lenti

Xəbər lenti