Prezident Aparatı Yanında Siyasi Məhbus Məsələləri üzrə İşçi Qrupuna daxil olan hüquq müdafiəçilərinin toplantısı keçiriləcək. Bu barədə Trend ə hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib.
"Toplantıda sentyabr ayında İşçi Qrupunun növbəti toplantısının keçirilməsi ilə bağlı müvafiq orqanlara müraciət hazırlayacağıq. Çünki oktybarın 1-dən parlament öz işinə başlayacaq. Siyasi məhbuslarla bağlı məsələlərin parlamentə çıxarılması üçün İşçi Qrupun əvvəlcədən toplantısının keçıirilməsi mütləqdir" - deyə Ç.Qənizadə söyləyib.
Qeyd edək ki, İşçi Qrupunun son iclası aprel ayının 5-də keçirilib.