...

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması Honkonqa yola düşüb

Cəmiyyət Materials 15 Avqust 2006 15:35 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması Honkonqa yola düşüb. Burada avqustun 18-də Qran-Pri yarışının ilk seçim turniri başlayacaq.

Trend in xəbər verdiyi kimi, yaxın üç həftə ərzində komanda yarışın üç ixtisas raundunda çıxış edəcək. Yarışın yekunlarına görə, beş finalçı müəyyən olunacaq. Kollektivin ilk oyunu Rusiyaya qarşı olacaq. Hər iki rəqibin oyuna qələbə ilə başlamaq istədiyini nəzərə alaraq, bu oyun hər iki yığma üçün mühüm əhəmiyyət kəsb edəcək.

Yerli komandanın tərkibində, demək olar ki, zədə alanlar yoxdur və voleybolçular yarışa yaxşı formada başlamalıdırlar. Həm də komanda ilk dəfə olaraq belə nüfuzlu yarışda iştirak edəcək. Komanda ötən il Qran-Prinin Avropa seçimində qalib gələrək, bu yarışa vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti