"Biz rəqibə necə imkan vermişiksə, o da elə oynayıb". Ukrayna yığmasının baş məşqçisi Oleq Bloxin komandasının Azərbaycana qarşı dostluq oyununda 0:6 hesabı ilə qalib gəlməsini belə səciyyələndirib.
Trend in Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, məşqçi yığmanın ən çox sayda top keçirərək, rekord vurduqlarına görə, yetirmələrindən razı qaldığını bildirib. "Onların rekord vurması yaxşıdır. Komandanın dayanmadan 90 dəqiqə ərzində oynaması da yaxşıdır. Lakin rəqib çox zəif idi, o, meydanda istədiyimizi etmək üçün bizə imkan verirdi. Əgər biz yaranan bütün məqamlardan istifadə etsəydik, hesab bundan çox olardı. Həm də yığmaya yeni gələn oyunçuların bizi pis vəziyyətdə qoymamaları, layiqincə oynamaları da məni sevindirdi. Qalan məsələləri qiymətləndirmək çətindir - Azərbaycan iki dəfə qırx metrlikdən topu qapımıza yönəltdi. O, bizim üçün gərgin vəziyyət yaratmadı, ona görə də oyunu qiymətləndirmək çətindir", - deyə O.Bloxin fikrini tamamlayıb.