...

Misir Mərdanov: Azərbaycanda 6 min xarici tələbə təhsil alacaq

Cəmiyyət Materials 17 Avqust 2006 14:13 (UTC +04:00)

Yeni dərs ilində Azərbaycanın ali təhsil müəssisələrində 6 minədək xarici tələbə təhsil alacaq. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 17-də jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib.

Xarici ölkələrlə tələbə mübadiləsinə gəlincə, o qeyd edib ki, Azərbaycanın müstəqilliyi dövründə təkcə ABŞ-da 2000 azərbaycanlı müxtəlif universitetləri bitirib. Nazirin sözlərinə görə, Azərbaycanda təhsil alan xarici tələbələrin sayı ilbəil artır. 2002-ci illə müqayisədə onların sayı 4 dəfə artıb.

Pedaqoqların ucqar bölgələrə göndərilməsi ilə bağlı M.Mərdanov bəyan edib ki, ötən il rayonlara 900 müəllim göndərilib. Cari ildə ucqar bölgələrdə işləyən müəllimlərin əmək haqlarının artırılması ilə əlaqədar artıq daha çox müəllim rayon məktəblərində işləmək arzusundadır. "Bu işdə bizə bəzi qeyri-hökumət təşkilatları da kömək edir. Ancaq ucqar rayonlarda işləyəcək müəllimlərin dəqiq sayı barədə dərs ilinin əvvəlində danışmaq mümkün olacaq", - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti