...

Hacı Məmmədov vəkilinə səhhətinin normallaşdığını bildirib

Cəmiyyət Materials 22 Avqust 2006 12:54 (UTC +04:00)

Avqustun 22-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov vəkili Səməd Əliyevlə görüşüb. H.Məmmədov vəkilə səhhətinin normal olduğunu bildirib. Bu barədə Trend ə H.Məmmədovun vəkili Səməd Əliyev məlumat verib.

"Avqustun 21-də Hacı Məmmədovun təzyiqi yüksək olduğuna görə o, məhkəməyə gətirilməyib. Lakin mənimlə söhbətində artıq təzyiqinin sabitləşdiyini və məhkəmə qarşısında dayanmaqda heç bir problemi olmadığını bildirdi" - deyə vəkil söyləyib.

Qeyd edək ki, çoxsaylı adam oğurluqları və qətllərdə təqsirləndirilən Hacı Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərlik bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir. Avqustun 4-dən başlayan məhkəmə iclaslarında Hacı Məmmədov hakimin nəzərinə çatdırıb ki, ifadə verərkən ayrı-ayrı vaxtlarda 3 dəfə vəziyyəti pisləşib.

Xəbər lenti

Xəbər lenti