...

Gələn ilin əvvəlində Kiyevdə DAK və UAK-ın birgə böyük konfransı keçiriləcək

Cəmiyyət Materials 28 Avqust 2006 14:30 (UTC +04:00)

Gələn ilin əvvəlində Dünya Azərbaycanlıları Konqresi ilə Ukranya Azərbaycanlıları Konqresinin Kiyev şəhərində birgə konfransı keçiriləcək. Bu barədə Trend ə Dünya Azərbaycanlıları Konqresindən (DAK) məlumat verilib.

DAK-ın mətbuat xidmətinin rəhbəri Əli Nicat bildirib ki, DAK sədri Cavab Derəxti Ukrayna səfəri çərçivəçində Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Oqtay Əfəndiyevlə görüş keçirib. Görüşdə DAK-ın Ukrayna nümayəndəliyinin və UAK-ın təmsilçiləri, Oqtay Əfəndiyevin birinci müavini Akif Gülməmmədov iştirak ediblər.

Qeyd edək ki, UAK-ın daxilində bəzi problemlər mövcud olub, Konqresin sədri Oqtay Əfəndiyevlə birinci müavin Akif Gülməmmədov arasında bəzi narazılıqlar yaranıb. Görüşdə DAK sədri Cavad Derəxti UAK daxilindəki problemlərin aradan qaldırılması üçün təşəbbüs göstərib. UAK-ın sədri ilə müavin arasında barışıq olub, narazılıqlar aradan qaldırılıb. Həmçinin məhsuldar görüşün nəticəsi kimi, qərara alınıb ki, bundan sonra DAK və UAK sıx əməkdaşlıq etsin, diasporumuzun inkişafı istiqamətində birgə fəaliyyət göstərsin. Bu əməkdaşlığın ilk nümunəsi kimi qərara alınıb ki, 2007-ci ilin əvvəlində - yanvar-fevral aylarında DAK və UAK-ın birgə təşkilatçılığı ilə Azərbaycan disaporunun böyük ümumdünya konfransı keçirilsin. Konfransa ev sahibliyini UAK öz üzərinə götürüb.

Həmçinin qərara alınıb ki, konfransa Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşenko, müxtəlif ölkələrdə yaşayan diaspor nümayəndələrimiz, həmçinin Azərbaycanın millət vəkilləri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, siyasi partiyaların rəhbərləri, ziyalılar dəvət olunsun.

Əli Nicatıfn sözlərinə görə, bu böyük konfransın keçirilməsində əsas məqsəd Azərbaycan diasporunun inkişaf yollarını axtarmaq, birgə fəaliyyət proqramı müəyyənləşdirmək, dünyaya səpələnmiş soydaşlarımızın problemlərini və onların qarşısında dayanan vəzifələri müzakirə etməkdir.

Xəbər lenti

Xəbər lenti