...

Azərbaycanda dini ədəbiyyatın gətirilməsinə nəzarət gücləndiriləcək

Cəmiyyət Materials 28 Avqust 2006 17:24 (UTC +04:00)

Bundan sonra ölkəyə dini ədəbiyyatın gətirilməsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəzarət gücləndiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 28-də jurnalistlərə Dövlət Komitəsinin yeni sədri Hidayət Orucov məlumat verib.

Dövlət Komitəsi gətirilən dini ədəbiyyat üzərində senzura qoymaq niyyətindədir. Yaxın vaxtlarda Dövlət Komitəsində müvafiq qurumun fəaliyyətinin intensivləşdirilməsi planlaşdırılır.

Komitə sədri qeyd edib ki, hazırda DK qarşısında duran əsas problemlərdən biri dini icmaların qeydiyyata alınması ilə bağlıdır. Bu gün komitədə öz həllini gözləyən 150 müraciət var. Yaxın vaxtlarda komitə onları diqqətlə öyrənməyi planlaşdırır. İndiyədək dövlət qeydiyyatından keçmiş dini icmaların sayı 341-dir. Bunun 320-si islam, 31-i qeyri-islam icmalarıdır.

Xəbər lenti

Xəbər lenti