...

İsrail yazıçıları Azərbaycana səfər edəcəklər

Cəmiyyət Materials 30 Avqust 2006 17:41 (UTC +04:00)

Sentyabrın 4-də İsrail yazıçılarından ibarət nümayəndə heyəti Bakıya səfər edəcək. Bu barədə Trend ə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə görkəmli İsrail yazıçıları, o cümlədən Aleksandr Epşteyn, Yefraim Bauç, Lev Baltzan, Meir Uziel, Naomi Frenkel, Mark Koteliarski, Daniel Kluqer, Sipora Rayney və Svetlana Şenbrun daxildirlər.

Nümayəndə heyətinə İsrail parlamentinin üzvü Yosef Şaqal rəhbərlik edəcək. Səfirlikdən bildirilib ki, səfərdə məqsəd iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycan oxucusuna İsrail yazıçılarını təqdim etməkdir.

Səfər proqamına Azərbaycan Yazıçılar İttifaqında, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində görüşlər daxildir.

Xəbər lenti

Xəbər lenti