Azərbaycanlı gimnast Leyla Şamilova İzmirdə başa çatmış iri beynəlxalq turnirdə iki mükafat qazanıb.
Milli Federasiyanın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, yuniorlar arasında keçirilən yarışda iştirak etmiş gimnast çənbərlə final tapşırığının icrasına görə gümüş, gürzlə tapşırığın icrasına görə isə bürünc mükafat qazanıb. Beynəlxalq Federasiya hakimlərinin qiymətləndirmələrinə görə, gimnast özünün ən güclü tərəflərini məhz gürz və çənbərlə ifasında göstərib.
İzmir turnirində iştirak etmiş Zülfiyyə Əliyeva çoxnövçülük üzrə 8-ci yeri tutub. Ceyla Quliyeva və Nigar Mirzəyeva isə yarışdan kənar müsabiqə proqramında çıxış edib. Yarışların qalibi türkiyəli gimnastlar olub.