Sərbəst güləş üzrə Azərbaycan yığması sentyabrın 26-da Pekində start götürəcək dünya çempionatına hansı heyətlə çıxacağını müəyyənləşdirib.
Milli Güləş Federasiyasından Trend ə xəbər verildiyi kimi, yarışa Sidney Olimpiadasının fatehi Namik Abdullayev (55 kq), Abil İbrahimov (60 kq), Avropanın gümüş mükafatçısı Elman Əsgərov (66 kq), Afina oyunlarının iştirakçısı Elnur Aslanov (73 kq) və Xızır Durqayev (120 kq) gedəcəklər. Hazırda kollektiv baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Astarada təlim-məşqləri keçir. Daha sonra isə onlar Quba və Şamaxıya yollanacaqlar.
Maraqlıdır ki, rəqib güləşçinin olmaması səbəbindən komanda Çində iki səki kateqoriyası üzrə təmsil olunmayacaq.