...

Moskvada "Rusiyaya hansı mühacirlər lazımdır?" mövzusunda dəyirmi masa keçiriləcək

Cəmiyyət Materials 13 Sentyabr 2006 17:18 (UTC +04:00)

Sentyabrın 14-də Moskvadakı "Prezident-otel"də "Rusiyaya hansı mühacirlər lazımdır?" mövzusunda dəyirmi masa keçiriləcək. Təşkilat komitəsindən Trend in Moskvadakı xüsusi müxbirinə verilən məlumata görə, dəyirmi masanın keçirilməsinin əsas təşəbbüskarları "Biz rusiyalılarıq!" milli-mədəni vətənpərvər birliklərin ümumrusiya forumunun təşkilat komitəsi, "Azərros" Media-holdinq və Ümumslavyan Jurnalistlər İttifaqıdır.

Rusiyanın miqrasiya siyasəti necə olmalıdır? Kim və hansı şəraitdə ölkəyə gəlməlidir? Rusiyaya mühacirlər lazımdırmı? Miqrasiya amili yerli iqtisadiyyata necə təsir göstərir? Millətlərarası ədavət miqrasiya siyasətinin nəticəsidirmi? Mühacirlər Rusiya Federasiyasının ərazi bütövlüyü üçün təhlükədirmi? Bu və ya digər suallara dəyirmi masa iştirakçıları - RF Federal Miqrasiya Xidmətinin nümayəndələri, Dövlət Dumasının deputatları, MDB ölkələrinin səfirləri, Prezident Adiministrasiyası , hökumət və RF-nin insan haqları üzrə səlahiyyətlisinin nümayəndələri, Federasiya Şurasının üzvləri, RF XİN, Moskva hökuməti, Moskva şəhər dumasının nümayəndələri, RF İctimai Palatasının üzvləri, ictimai, dini və milli-mədəni birliklərin, tikinti şirkətlərinin nümayəndələri, elmi və yaradıcı ziyalılar cavab verəcək.

Dəyirmi masada 50-dən artıq KİV nümayəndəsinin akkreditasiyası və Rusiyanın millətçi təşkilatlarının nümayəndələrinin iştirakı xüsusi maraq doğurur.

Xəbər lenti

Xəbər lenti