...

İki azərbaycanlı şahmatçının Avropa birinciliyində qələbə şansı böyükdür

Cəmiyyət Materials 18 Sentyabr 2006 15:15 (UTC +04:00)

Azərbaycanlı şahmatçılar Vasif Durarbəyli və Vüqar Rəsulov Çernoqoriyada keçirilən yeniyetmələr arasında dünya birinciliyində qələbəyə real iddiaçılardır.

Trend in xəbər verdiyi kimi, yarışın 7-ci turunda 14 yaşlılar kateqoriyasında çıxış edən V.Durarbəyli macar Pyotr Proxazkanı məğlub edib. Bu uğur yaşlılar arasında Dünya Olimpiadasının iştirakçısına turnirin yeganə lideri olmağa imkan verir və hazırda şahmatçı yaxın rəqibi gürcü Levan Breqadzeni 0,5 xalla geridə qoyur.

16 yaşlı şahmatıçılar arasında V.Rəsulov 7-ci turda fransız Eduard Romeyn üzərində qələbə qazanıb. O da liderliyi əldə edib və isveç Erik Blumkvistanı 0,5 xalla qabaqlayır.

Xəbər lenti

Xəbər lenti