...

"Monitor" jurnalının baş redaktorunun qətli ilə əlaqədar dindirmə və üzləşmələr başlanıb

Cəmiyyət Materials 18 Sentyabr 2006 17:42 (UTC +04:00)

Sentyabrın 18-də "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə əlaqədar dindirmə və üzləşmələr başlanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

Baş Prokurorluğun müraciəti əsasında Elmar Hüseynovun qətli ilə əlaqədar DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, serial cinayətlərə görə 25 nəfərlik bandası ilə məhkəmə qarşısında dayanan Hacı Məmmədov və onun bandasının bir neçə üzvü - Aslanbek Çintamirov, Nizami Abdullayev, Fərhad Məmmədbəyov, Malik Məmmədov, Musa Dabuyev dindirməyə cəlb edilib.

Dindirmələrdə baş prokurorun birinci müavini Rüstəm Usubov da iştirak edir.

Qeyd edək ki, bu dindirilmələrlə əlaqədar olaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hacı Məmmədov və onun bandasının cinayət işi üzrə keçirilən məhkəmə iclasına sentyabrın 25-dək fasilə verilib.

Dindirilmələr isə sentyabrın 23-də başa çatacaq. İstintaq zamanı Hacı Məmmədovla keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin üzləşdirilməsi də gözlənilir. Qeyd edək ki, Hacı Məmmədov məhkəmə iclasında ifadə verərkən "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun Fərhad Əliyevin sifarişi ilə onun banda üzvləri tərəfindən qətlə yetirildiyini söyləyib. H.Məmmədovun bu məlumatıından sonra Baş Prokurorluq Hacı Məmmədovu, onun bandasının adıçəkilən üzvlərini və Fərhad Əliyevi istintaqa cəlb edib.

Xəbər lenti

Xəbər lenti