...

LİNKS təşkilatı sentyabrın 20-də bir qrup parlament jurnalisti üçün seminar keçirəcək

Cəmiyyət Materials 18 Sentyabr 2006 17:46 (UTC +04:00)

Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatı sentyabrın 20-dən Milli Məclisdə akreditə edilən bir qrup jurnalist üçün seminar keçirəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Onu da bildirək ki, seminar Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatı ilə Milli Məclisin birgə reallaşdırdığı tərəfdaşlıq layihəsi çərçivəsində aparılacaq. Seminar bir gün -sentyabrın 20-də saat 9.30-dan 16.00-dək "Park İnn" otelində keçiriləcək.

Qeyd edək Ki, LİNKS keçid mərhələsində olan cəmiyyətlərdə sülh və demokratik dövlət quruculuğu məsələləri ilə məşğul olan QHT-dır. Bu təşkilat 10 ildir ki, Azərbaycanda fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti