...

Bu il Azərbaycanda Ramazan bayramı iki gün qeyd olunacaq

Cəmiyyət Materials 21 Sentyabr 2006 15:24 (UTC +04:00)

Bu il Azərbaycanda Ramazan bayramı iki gün qeyd olunacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend ə verilən məlumata görə, bu barədə qərar dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Nazirlər Kabineti tərəfindən qəbul olunub.

Dövlət başçısına bu xahişlə Qafqaz Müsəlmanları İdarəsi müraciət edib, - deyə QMİ-də bildirilib. Beləliklə, hökumətin qərarı ilə oktyabrın 23-24-ü bayram günləri elan edilib.

QMİ-dən verilən məlumata görə, bu il Mübarək Ramazan ayı sentyabrın 24-də başlayır. Qafqaz Müsəlmanları İdarəsi bu il Ramazan orucunu tutan möminlərə kömək məqsədi ilə "Oruc tutanın yaddaş katabçası" adlı nəşr hazırlayıb. Kitabçada Ramazan orucunun tarixi, əməlləri, gündəlik duaları, həmçinin Ramazan ayında namazların vaxtları barədə məlumat verilib.

Mübarək Ramazan ayı Allaha iman gətirənlər üçün sınaq, cismən və ruhən saflaşmaq və ümid ayıdır. Bu ay ərzində oruc tutan möminlərə yemək, içmək, çəkmək, iy udmaq, qadınla cinsi əlaqədə olmaq qadağandır. Qaranlıq düşdükdə, "ağ və qırmızı sapları ayırd etmək mümkün olmadıqda" isə bütün məhdudiyyətlər götürülür. Oruc İslamın 5 vacib əməllərindən biridir. Yalnız ağır xəstələr, çox yaşlılar, hamilə qadınlar, səfərdə olanlar və müharibədə olan döyüşçülər oruc tutmaqdan azaddırlar. Lakin onlar da orucda nəzərdə tutlanları yerinə yetirməlidirlər.

Mübarək Ramazan ayı daxili saflaşmaq vaxtıdır. Hesab edilir ki, əgər insan vaxtını dualar oxumaqla keçirirsə və savab əməllər görürsə, məsələn, ehtiyacı olana yardım edirsə, vəsaitini xeyriyyə və bu kimi məqsədlərə xərcləyirsə, Allah o insanın günahlarını bağışlayır.

Xəbər lenti

Xəbər lenti