...

Sabunçu rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilib

Cəmiyyət Materials 6 Oktyabr 2006 16:58 (UTC +04:00)

Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının qərarı ilə Sabunçu rayon Məhkəməsinin sədri Arzu Əbilhəsənova vəzifəsindən çıxarılıb. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

Məhkəmə Hüquq Şurasının qərarına görə, məhkəmə sədri öz fəaliyyətində qanunvericiliyin tələblərini kobud surətdə pozub və onun fəaliyyəti qeyri-qənaətbəxş olduğu üçün məhkəmə sədri vəzifəsinin icrasından azad edilib.

Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair İqtisad Məhkəməsinin sədri Rasim Hüseynov, həmin məhkəmənin hakimi Afaq Nuriyeva və Binəqədi Rayon Məhkəməsinin hakimi Zoya Əliyevaya irad tutulub, Nərimanov Rayon Məhkəməsinin hakimi Müslüm Əliyevə isə töhmət verilib.

Xəbər lenti

Xəbər lenti