...

Azərbaycan və Rusiya Elmlər Akademiyaları arasında əməkdaşlıq haqqında protokol imzalanıb

Cəmiyyət Materials 6 Oktyabr 2006 18:28 (UTC +04:00)
Azərbaycan və Rusiya Elmlər Akademiyaları arasında əməkdaşlıq haqqında protokol imzalanıb

Trend xəbər verir ki, oktyabrın 6-da Bakıda Alimlərin ekvivalent mübadiləsi haqqında Protokol və həmin sənədə Azərbaycan və Rusiya elmi idarələri arasında əməkdaşlığın tematik planı şəklində əlavə imzalanıb.

Sənədi Azərbaycan tərəfdən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Rusiya tərəfdən isə Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti Aleksandr Andreyev imzalayıblar.

Protokol 2005-ci ildə Moskvada "Rusiyada Azərbaycan ili" çərçivəsində imzalanmış REA və AMEA arasında elmi əməkdaşlıq haqqında Sazişin tərkib hissəsidir, - deyə AMEA prezidenti Mahmud Kərimov bildirib.

Tərəflər hər iki ölkənin elmi idarələri arasında əlaqələrin gələcək inkişafı üçün hüquqi baza olacaq sənədin mühüm əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, sənəd REA nümayəndə heyətinin Azərbaycana budəfəki səfəri çərçivəsində imzalanıb.

Xəbər lenti

Xəbər lenti