Oktyabrın 9-da Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Gürcüstanın birinci xanımı, Qafqaz regionunda Iərəm Əleyhinə Mübarizə Missiyasının xoşməramlı səfiri Sandra Rulovsun baıçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanda vərəm xəstəliyinin də yayıldığını vurğulayan nazir bu sahədə durmadan çox böyük işlər görüldüyünü, Qlobal Fondla birgə işlənilən Iərəm Əleyhinə Mübarizə proqramının Səhiyyə Nazirliyi, Almaniya hökuməti, Qlobal Fond və Beynəlxalq Qırmızı Xaç komitəsinin birgə səyləri nəticəsində bərpası və inkişafını qeyd edib. Bura vərəmin ilkin mərhələdə diaqnostikası, yoluxmanın aradan qaldırılması, müxtəlif klinik formalarda vərəmli xəstələrin müalicəsi daxildir.
Eyni zamanda nazir vərəmli xəstələrə yüksək səviyyədə xidmət göstərən Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu və dünya standartlarına cavab verən Iərəm Regional Referens Laboratoriyasının yaxın zamanda inşası və istifadəyə verilməsi haqqında da məlumat verib.
Sandra Rudolvs Azərbaycanın səhiyyə sahəsində aparılan islahatlardan xəbərdar olduğunu qeyd edib.
Görüşdən sonra Oqtay Şirəliyev və Sandra Rulovs 4 nömrəli vərəm dispanserinə baxış keçirib.