Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti 9-cu qurultayının keçirilməsi üçün otel icarəyə götürülüb. Bu barədə Trend ə DAK-dan məlumat verilib.
Qurultay 8, 9 və 10 dekabr 2006-cı ildə Belçikanın paytaxtı Brüssel şəhərində "Royal Srown Hotel"in konfrans zalında keçiriləcək.
Üçgünlük Qurultayda bir sıra ölkələrdən, o cümlədən də Azərbaycandan qonaqlar, müxtəlif ölkələrdəki Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər. Təşkilatın sədri Cavad Derəxti 8-ci qurultaydan bəri görülən işlər, DAK-ın fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edəcək. Qurultayda DAK-ın sədri və digər strukturlara seçki keçiriləcək, Nizamnamədə və təşkilatın strukturlarında dəyişikliklər ediləcək.