...

Hacı Məmmədovun məhkəməsində DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov ifadə verib

Cəmiyyət Materials 16 Oktyabr 2006 14:14 (UTC +04:00)

Oktyabrın 16-da Hacı Məmmədovun məhkəməsində DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov ifadə verib. Trend in məlumatına görə, DİN Baş Cinayyət Axtarış İdarəsinin keçmiş baş əməliyyət müvəkkili H.Məmmədovun və onun başlıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə iclası Ağır Cinayyətlərə Dair İşlər Üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi keçirilir.

Z.Nəsirov ifadəsini başlayarkən əvvəlcə qeyd edib ki, o, H.Məmmədov kimi bir adamın onun rəhbərlik etdiyi idarədə işləməsini ömrünün sonuna gədər özünə bağışlamayacaq: "Mən hüquqi baxımdan yox, yalnız mənəvi bxımdan məsuliyyət daşıyıram. Ən böyük günahım isə bundan ibarətdir ki, Hacı kimi bir adamı rəhbərlik etdiyim idarədə baş əməliyyət müvəkkili kimi saxlamışam. Mənim bu gün müttəhim kürsüsündə oturmağımın əsl səbəbkarı H.Məmmədovun bacısı oğlu Elçin Əliyevdir. H.Məmmədov vaxtılə adam oğurluqlarından əldə etdiyi və E.Əliyevlə bölüşdürdüyü pulları istintaq zamanı mənim adıma yazıb. Bununla da məqsəd E. Əliyevi cinayət məsuliyyətdən kənarda saxlamaq olub",deyə qeyd edib

Z.Nəsirov onu da bildirib ki, onu daxili işlər orqanından çıxarmayıblar. 16 mart 2005-ci il tarixdə prezidentə müraciəti əsasında işdən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti