...

Məhkəmə Zakir Nəsirovun ifadələrindəki ziddiyyətləri araşdırıb

Cəmiyyət Materials 17 Oktyabr 2006 14:27 (UTC +04:00)

Oktyabrın 17-də məhkəmə Zakir Nəsirovun ifadələrindəki ziddiyyətləri araşdırıb. Trend in xəbərinə görə, H. Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Məhkəmə iclası başlayan kimi Z.Nəsirov zərərçəkənlərin suallarını cavablandırıb. Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanmış Murad Kazımovun atası İsmayıl Kazımov Zakir Nəsirovdan bəzi məsələlərə aydınlıq gətirməsini xahiş edib. İ.Kazımov: "Mənim oğlumun oğurlanması ilə bağlı sizinlə telefon söhbətimdən bir saat sonra adam oğruları mənə zəng vurdular. Məndə şübhə yarandı ki, bizim telefon danışığımız haqqında adam oğrularını siz məlumatlandırmısınız. Sizə qarşı növbəti şübhəm onda yarandı ki, oğlum girovluqdan azad olduqdan sonra hadisə ilə bir dəfə də maraqlanmadınız". Z.Nəsirov isə cavabında bildirdi ki: "Girovluqdan azad olunan adamlarla maraqlanmaq mənim borcum deyil. 1995-ci ildə mənim öz xalam oğlunu da oğurlamışdırlar, amma bir adam da onun taleyi ilə maraqlanmadı".

Sonra dəstə tərəfindən oğurlanaraq öldürülmüş "Azərnəqlsənaye" direktoru Nazim Paşayevin qardaşı Adıl Nəcəfov Z.Nəsirova suallar verdi. "Mənim qardaşım öldürüləndən sonra bir neçə şəxs zəng vuraraq onun hələ də sağ olduğunu bildirmiş və bizdən pul tələb etmişdi. Biz həmin pulu həmin şəxslərə Moskvada verdik. Lakin qardaşım qaytarılmadı. Biz öz kanallarımız vasitəsi ilə həmin adamları Moskvada tapıb Bakıya gətizdirdik və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsinə verdik. Ancaq 3 gündən sonra biz idarəyə gedəndə dedilər ki, Zakir o adamları buraxdırıb".

Z.Nəsirov isə bildiridi ki, belə bir faktdan xəbəri yoxdur və onun adından istifadə ediblər.

Xəbər lenti

Xəbər lenti