...

Hacı Məmmədovun məhkəməsində Elçin Əliyev ifadə verir

Cəmiyyət Materials 17 Oktyabr 2006 19:39 (UTC +04:00)

Hacı Məmmədovun məhkəməsində oktyabrın 17-də "Kapitalbank"ın Sabunçu filialının keçmiş direktor müavini Elçin Əliyev dindirilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyət müvəkkili H.Məmmədov və onun başsılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə iclası Ağır Cinayyətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

E. Əliyev Hacı Məmmədovun bacısı oğludur və 4 epizod üzrə təqsirləndirilir. Həmin epizodlardan üçü adam oğurluğu, biri isə sənədlərin saxtalaşdırılması ilə bağlıdır. Belə ki, E.Əliyev Murad Kazımovun, Məcid Məmmədovun və Oqtay Babayevin tamah məqsədilə oğurlamasında, o cümlədən "Barmek-Azərbayçan" şirkətinə saxta sənəd təqdim etməklə şirkətə 5 mln. manat məbləğində ziyan vurmaqda ittiham olunur.

Lakin təqsirləndirilən şəxs adam oğurluğu ilə bağlı ittihamları qəbul etməyib. Saxta sənəd tərtib etməyinə gəlincə isə bildirib ki: "bu sənədi mən özüm tərtib etməmişdim. Onu mənə saxta şəkildə təqdim etmişdilər. Mən də onun saxta olduğunu bilmədən "Barmek"ə təqdim etmişdim".

Sonra prokurorlar E.Əliyevdən Bakı şəhərində çoxsaylı mənzilləri və on avtomobili hansı vəsaitlərlə aldığını soruşublar. E.Əliyev bildirib ki, 1995-ci ilədək avtomobil alveri ilə məşğul olub. "Avropadan gətirdiyim avtomobilləri başqalarına satsam da, onlar rəsmən mənim adımda qalıb. Əslində mənim vur-tut bir avtomobilim olub. Mənzillərdən isə yalnız Rəşid Behbudov küçəsindəki mənə məxsusdur. Digərləri barədə məlumatım yoxdur".

Məhkəmə iclası oktyabrın 19-da E.Əliyevin dindirilməsi ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti