Ədliyyə Nazirliyinin (ƏN) Təlim Tədris Mərkəzi və Qobustan Qapalı Həbsxanası yeni avadanlıqlarla təchiz olunacaq. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov məlumat verib.
Tədris Mərkəzi komputerlərlə təchiz olunacaq. Qobustan Həbsxanasında isə əsas diqqət mətbəxin yeniləşməsinə yönəlib. Musa Hümbətovun sözlərinə görə, ƏN-nin hər iki qurumunun texniki avadanlıqlarla təchiz olunması xüsusi layihə çərçivəsində həyata keçirilir. Avropa Şurasının tövsiyəsi ilə hazırlanmış layihədə 9 ölkədən 12 ekspert iştirak edir. Məqsəd mövcud qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin yumşaldılması və neqativ halların aradan qaldırılmasından ibarətdir.
Yeni avadanlıqlar Azərbaycana 2007-ci ilin əvvəlində gətiriləcək və quraşdırılacaq.