...

ATƏT "Jurnalistlərin ATƏT məkanında akkreditasiyası: müşahidələr və tövsiyyələr" sənədini təqdim edib

Cəmiyyət Materials 26 Oktyabr 2006 14:19 (UTC +04:00)

ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti jurnalistlərin son vaxtlar bəzi ölkələrdə qarşılaşdığı inzibati problemlər üzrə xüsusi hesabat təqdim edib. Trend xəbər verir ki, "Jurnalistlərin ATƏT məkanında akkreditasiyası: müşahidələr və tövsiyyələr" sənədi təşkilatın daimi şurasına təqdim olunub.

Sənəddə qeyd olunub ki, KİV-in akkreditasiyası 30 il bundan əvvəl Helsinki prosesinin birgə sazişinin ilk öhdəliklərindən biri idi. "Biz ATƏT-in müxtəlif ölkələrində belə halların artmasını müşahidə edirdik. Bu halda akkreditasiyadan sui-istifadə informasiyanın ictimaiyyətə çatdırılması imkanını məhdudlaşdırır. Hökümətin akkreditasiya və diskriminasiya anlayışını başa düşməməsi bir çox yerli və beynəlxalq jurnalistlərin mühüm hadisələri işıqlandırmaq və ya sadəcə olaraq, bir jurnalist kimi işləmə imkanının qarşısını alır".

ATƏT komissarı Özbəkistan, Belarus, ABŞ (jurnalistlərin ölkəyə gəlmələri üçün mütləq şəkildə I-VIZA vizasını alması), Rusiya, Türkmənistan, Kanada və Ukraynada konkret halları misal gətirir.

Hesabatda ayrı-ayrı hallar göstərilib və akkreditasiya probleminin aradan qaldırılmasına yardım etmək üçün diqqətin ATƏT-in 56 ölkəsinə yönəldilməsi təklif olunub. M.Haraşti hesab edir ki, akkreditasiya dövlət qurumları və dövlətin qərarından asılı olmamalı və jurnalist ictimai hadisələri işıqlandırmaq üçün onlardan icazə almamalıdır.

Xəbər lenti

Xəbər lenti