Azərbaycanın voleybol yığması oktyabrın 31-i Yaponiyada start götürən Dünya çempionatında öz azarkeşlərinin dəstəyindən kənarda qalmayacaq.
Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi xəbərə görə, Yaponiyada komandamıza görə iyirmidən çox yerli idman həvəskarı həyəcan keçirəcək. "Həmçinin Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn və konsul Fərid Talıbov Faiq Qarayevin yetirmələrinin oyunu tribunadan müşahidə edəcək. Ölkənin Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov da Yaponiyaya gələcək, ona görə də idmançılarımız dəstəksiz qalmayacaqlar", - deyə Z.Gözəlbəyli vurğulayıb.
Qeyd etmək lazımdır ki, mundialın qrup mərhələsi üzrə yığmanın rəqibləri Çin, Rusiya, Almaniya, Dominikan Respublikası və Meksika nümayəndələri olacaq.