...

Türkiyənin təhsil naziri Azərbaycanda türk litseylərinin fəaliyyəti ilə tanış olacaq

Cəmiyyət Materials 1 Noyabr 2006 18:10 (UTC +04:00)

Türkiyənin təhsil naziri Hüseyn Çelik Azərbaycana səfəri çərçivəsində ölkədə fəaliyyət göstərən türk litseylərinin fəaliyyəti ilə tanış olacaq. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Səfər proqramına Qafqaz Universiteti, Bakı Türk Anadolu Litseyi, Ankara litseyinin fəaliyyəti ilə tanışlıq daxildir. Nazir Bakı Türk litseyinin yeni binasının təməl qoyma mərasimində, Qafqaz universitetinin yeni binasının açılış mərasimində iştirak edəcək, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan türk tələbələrlə görüşəcək.

Xəbər lenti

Xəbər lenti