Azərbaycan yeniyetmələrinin futbol üzrə yığması(U-19) Kiprdə, Avropa birinciliyi uğrunda seçim turnirində ilk turun maneələrini müvəffəqiyyətlə dəf edib.
Trend in verdiyi məlumata görə, qrup mərhələsinin yekun görüşündə Arif Əsədovun yetirmələri ev sahibi ilə heç-heçə (1:1) oynayıblar və bu nəticə minimum vəzifəni yerinə yetirmək üçün kifayət edib. Xüsusilə də digər qarşılaşmada qrupun lideri- macarlar ermənilər üzərində böyük qələbə qazanaraq onları darmadağın ediblər və yüz faizlik qələbə göstərərək növbəti raundda birinci yerə çıxıblar.
Eyni zamanda Azərbaycan yığması turniri ilk turda 2:1 hesabı ilə məğlub etdiyi erməni rəqiblərini bir xalla geridə qoyaraq ikinci mərhələni başa vurub.