...

Futzal üzrə Çempionlar kubokunun elit raundunun oyunları Azərbaycanda keçirilməyəcək

Cəmiyyət Materials 3 Noyabr 2006 18:16 (UTC +04:00)

Azərbaycan futzal üzrə Çempionlar kubokunun elit raundunun oyunlarını qəbul edə bilməyəcək. Oyunlar üzrə püşkatma noyabrın 3-də Nonda olacaq.

Trend xəbər verir ki, "Araz" Avropa kubokunun ən güclü on iki komandasının sırasına düşərək, əvvəlcə qrup yarışlarından birinə iddia edirdi. Lakin UEFA yarışların paytaxtı kimi Moskva şəhərini təsdiq edib. Burada son oyunun finalçısı "Dinamo" çıxış edəcək. Yarışlar həmçinin 4 və 10 dekabr arasında "Xojuva"nın vətəni Polşada, "Qedelle"nin vətəni Macarıstanda və "Artsinyano Qrifo"nun vətəni İtaliyada da keçiriləcək. Hər kvartetin sonuncu mərhələsində Dinamo qrupu istisna olmaqla, sahiblər hər zaman ələnmiş komandaya qarşı oynayacaqlar.

Qeyd etmək lazımdır ki, elit raundunda "Araz"ın rəqibləri trofey sahibi "Bumeranq", "Mursiya", 2004/05 çempionu "Akson-21" və "Dinamo" ola bilər.

Xəbər lenti

Xəbər lenti