...

Azərbaycan Basketbol Super Liqası noyabrın 11-nə təyin olunub

Cəmiyyət Materials 4 Noyabr 2006 11:26 (UTC +04:00)

Texniki səbəblərlə əlaqədar oktyabrın 28-də baş tutmayan Azərbaycan Basketbol Super Liqası noyabrın 11-nə təyin olunub. Milli Federasiyanın mətbuat katibi Ramin Kəsəmənskinin Trend ə verdiyi məlumata görə, "Olimpiya" idman kompleksində işləməyən tablo ilə bağlı problem tədricən aradan qaldırılır. Bu problemlə əlaqədar birinciliyin başlanma müddəti iki həftəliyə uzadılıb. "Arenada yeni tablo quraşdırılıb. Belə ki, köhnə tablonun təmiri çox vaxt aparardı. Artıq noyabrın 4-də yeni tablo titul uğrunda əsas iddiaçılar hesab olunan "Qala" və NTD Servis Devon" klubları arasındakı yoldaşlıq oyununda sınaqdan keçiriləcək", - deyə R.Kəsəmənski vurğulayıb.

Xatırladaq ki, yığmanın baza klubu sayılan "Qala" son illər ərzində ölkənin dəyişməz çempionu olub.

Xəbər lenti

Xəbər lenti