Moskvada keçirilən M.Tal Memorialının dördüncü turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov əvvəlki üç partiyada olduğu kimi yenə də oyunu heç-heçə ilə başa vurub. 80 gediş ərzində o, yarışın lideri ukraynalı R.Ponomaryova əzab verib, lakin mövqe imkanları Şəhriyara qalib gəlməyə imkan verməyib.
Bu turda P.Leko B.Gelfanda, A.Morozeviç A.Qrişuka və L.Aronyan A.Şirova qalib gəlib.
Üç turdan sonra yarışın lideri R.Ponomaryovun 3.0 xalı var. Üç qrossmeysterin hər birinin aktivində 2.5 xal var. Bunlar P.Leko, P.Svidler və L.Aronyandır. Ş.Məmmədyarovun 2.0 xalı var və o, hələ beşinci yerdədir.
Bu gün o, qara fiqurlarla A.Qrişukla oynayır.