...

Bakının ümumtəhsil məktəblərində BMT-nin İKT layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək

Cəmiyyət Materials 16 Noyabr 2006 15:04 (UTC +04:00)

Bakının ümumtəhsil məktəblərində BMT-nin İKT layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə noyabrın 16-da Bakı şəhəri üzrə Təhsil İdarəsində keçirilmiş mətbuat konfransında idarənin müdir müavini Məhərrəm Bayramov məlumat verib.

"BMT-nin İnkişaf Proqramının Layihəsinə əsasən şəhərin 297 məktəbinə noutbuk və proyektorların verilməsinə başlanıb. İKT-nin öyrənmə obyekti kimi təlim prosesində, idarəetmədə, təhsil tədqiqatlarında bir vasitə kimi tətbiq edilməsidir. Məhz bu səbəbdən İKT ilə təminat sahəsində ən ciddi işlərdən biri ayrı-ayrı fənlər üzrə elektron təlim materiallarının hazırlanmasıdır. Artıq Azərbaycan tarixi, biologiya, kimya, fizika fənləri üzrə bu materiallar məktəblərə çatdırılır" - deyə o qeyd edib.

Müdir müavinin sözlərinə görə, bu sahədə tətbiq ediləcək yeniliklərdən biri də "Elektron məktəb" layihəsidir. Bu layihə məktəbdə çevik idarəetməyə, valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsinə, şagirdlərin dərsə davamiyyətinə nəzarətə, məktəblərarası elektron əlaqələrin genişlənməsinə, ən vacibi isə şagirdlərin nailiyyətləri barədə dərhal məlumatlandırmaya zəmin yaradır.

Xəbər lenti

Xəbər lenti