...

TQDK qəbul imtahanlarında 600-dan çox bal toplayan abituriyentlər haqqında məlumatları dərc edib

Cəmiyyət Materials 21 Noyabr 2006 17:08 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2006-2007-ci tədris ilinin qəbul imtahanlarında 600-dan çox bal toplayan abituriyentlər haqqında məlumatları dərc edib. TQDK -nın sədr müavini Namiq Babayevin mətbuat konfransında jurnalistlərə xəbər verdiyi kimi, məlumatlar "Abituriyent" jurnalının növbəti sayında dərc olunub.

2006-2007-ci tədris ilinin qəbul imtahanlarında 105537 abituriyentdən 989-u 600-dan çox bal toplayıb. Onlardan 583-ü oğlan, 406-sı qızdır. TQDK-nin sədr müavini qeyd edib ki, abituriyentlər ölkənin 16 dövlət ali məktəbinin nüfuzlu fakültələrinə daxil olublar. Onlar respublikanın 57 rayonunun orta məktəb, gimnaziya və litseylərinin məzunlarıdır.

Dövlət komissiyası nümayəndəsinin sözlərinə görə, yüksək bal toplamış 100 tələbə prezident təqaüdünə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti