...

Ədliyyə naziri: MTN-in istintaq təcridxanasının Ədliyyə Nazirliyinə verliməsi məsələsi gündəlikdə yoxdur

Cəmiyyət Materials 22 Noyabr 2006 14:26 (UTC +04:00)

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasının Ədliyyə Nazirliyinə verliməsi məsələsi gündəlikdə yoxdur. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

Nazir bu barədə yayılan məlumatlara münasibət bildirərkən qeyd edib ki, MTN-in istintaq təcridxanası qanuna uyğun olaraq tam şəffaf şəkildə fəaliyyət göstərir. "2000-ci ildə Ədliyyə Nazirliyi Azərbaycan hökuməti adından Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə xüsusi saziş imzalayıb, həmin sazişə müvafiq olaraq romitənin nümaynədələri bütün cəzaçəkmə yerlərinə və istintaq təcridxanalarına, o cümlədən MTN-in istintaq təcridxanasına baş çəkmək və vəziyyətlə tanış olmaq imkanı əldə ediblər. Onlar mütəmadi olaraq digər istintaq təcridxanaları kimi MTN-in istintaq təcridxanasında da saxlanılan şəxslərin vəziyyəti ilə maraqlanırlar. Bu günə qədər saxlanılan şəxslərə qarşı hər hansı qanunsuzluq, yaxud da onlara işgəncə verilməsi faktı qeydə alınmayıb" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti