Azərbaycanın futbol yığmasının və "Qarabağ" klubunun müdafiəçisi Sergey Sokolov müvəqqəti olaraq milli çempionatın və Ölkə kubokunun oyunlarında, eləcə də beynəlxalq görüşlərdə iştirak edə bilməz.
Trend xəbər verir ki, UEFA Avropa -2008-in Belçikaya qarşı seçim oyunundan sonra (0:3) oyunçudan götürülmüş dopinq-nümunənin müsbət nəticə verdiyini nəzərə alaraq, bu qərarı qəbul edib. Avropa Futbol İttifaqı yaxın vaxtlarda S.Sokolovun məsələsinə görə qəti qərar çıxarmaq niyyətindədir, ona görə də həmin vaxta qədər o, görüşlərdə müstəsna olaraq azarkeş qismində iştirak edə bilər.
Qeyd etmək lazımdır ki, Sergey həm Ölkə kubokunun sahibi olan "Qarabağ"ın, həm də yığmanın əsas müdafiəçilərindən biridir.