...

"AzərReyl"in "Skavolini" ilə matçına heyəti təsdiqlənib

Cəmiyyət Materials 27 Noyabr 2006 18:22 (UTC +04:00)

"Azərreyl"in baş məşqçisi Faiq Qarayev sabah çempionlar liqasında İtaliyanın "Skavolini" komandasına qarşı çıxacaq komandanın heyətini müəyyənləşdirib. Trend in Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəylidən aldığı məlumata görə, klubun əsasını təşkil edən Natalya Məmmədova, Oksana Məmmədyarova, Oksana Quliyeva, Yelena Parxomenko, Yelena Korotenko, Kseniya Kovalenko və İrina Seminyagina kimi oyunçularla yanaşı komandada dörd debütantda da var. Bunlar Alyona Qurkova, Səbinə Yarməmmədova, Dərya Zamanova və Aynur Kərimovadır. "Heyətdəki problemə görə bu oyuna adəti 12 nəfər əvəzinə 11 voleybolçu daxil edilib" deyə Zöhrab müəllim qeyd edib.

Xəbər lenti

Xəbər lenti