"Bakıda Sankt-Peterburq mədəniyyəti günlərinin keçirilməsi əlaqələrin inkişafı üçün çox yaxşı əlamətdir". Bu barədə Sankt-Peterburq hökumətinin mədəniyyət komitəsinin sədri Nikolay Burov Bakıda jurnalistlərə Sankt-Peterburq mədəniyyət günlərində iştirakı çərçivəsində bildirib.
"Ən əsası, ölkələrimiz arasında mədəni körpü və bu körpü üzərində ikitərəfli hərəkət mövcuddur", - deyə N.Burov qeyd edib. Bu gün Sankt-Peterburq Azərbaycan şəhərlərindən biridir. Bakı isə əvvəlki kimi, dünya xəritəsində Peterurqun şəhərlərindən biri olaraq qalır", - deyə Rusiyanın şimal paytaxtı administrasiyasının nümayəndəsi vurğulayıb.
N.Burovun sözlərinə görə, Bakıda Sankt-Peterburq mədəniyyəti, klassik musiqi, Sankt-Peterburqun məşhur teatr solistlərinin çıxışları bakılılara təqdim olunacaq.