Noybarın 28-də Avropa mehmanxanasında məhkəmə qərarlarının icrası üzrə qanunun aliliyinə dair standartlar və imkanlar mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.
Avropa İttifaqının TACİS Proqramının xüsusi layihəsi çərçivəsindəAzərbaycanın Ədliyyə Nazirliyi ilə birgə təşkil olunan kofransda ədliyyə naziri Fikrət Məmmədov da iştirak edib. O, kofrans iştirakçılarını salamlayaraq Azərbaycanın ədliyyə və məhkəmə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. O, TACİS proqramı çərçivəsində keçirilən konfransın səmərəli nəticələr verəcəyinə əmin olduğunu izhar edib.
İki gün davam edəcək kofransda Fransa, Belçika, Bolqarıstan, Rumıniya, Qazaxıstan və Gürcüstanın, Avropa Komissiyası və Avropa Şurası nümayəndələrinin çıxışları, icra işinin səmərəliliyinin artırılması məqsədilə geniş təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.