...

"AzərReyl" klubunun voleybolçuları Çempionlar Liqasının "C" qrupunda 3-cü yerdə qərarlaşıb

Cəmiyyət Materials 30 Noyabr 2006 13:24 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubu Çempionlar Liqasının birinci turundan sonra "C" qrupunda 3-cü yerdə qərarlaşıb.

Trend in xəbər verdiyi kimi, Faiq Qarayevin yetirmələri turnir cədvəlində dünən qonaq meydançasında İstanbulun "Əczaçıbaşı" klubuna məğlub olmuş Avstriyanın SVS klubunu geridə qoyur. Dəmiryolçular avstriyalılarla hərəyə bir xal xal toplasa da, voleybolçularımız qazandığı və uduzduğu partiyalardakı yaxşı fərqə görə rəqibi qabaqlayır. Artıq ikinci tur çərçivəsində komandalar öz aralarında oynayacaq və qalibi müəyyən edəcək.

Cədvələ "Əczaçıbaşı" və "AzərReyl" üzərində 3:1 hesabı ilə qələbə qazanmış İtaliyanın "Skavolini" klubları başçılıq edir.

Xəbər lenti

Xəbər lenti