...

ABŞ səfirliyinin diplomatı "Azərbaycan" nəşriyyatında "Azadlıq" qəzeti üçün ayrılan yerlə tanış olub

Cəmiyyət Materials 30 Noyabr 2006 17:21 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Rebeka Naslend noyabrın 30-da "Azərbaycan" nəşriyyatında "Azadlıq" qəzeti üçün ayrılmış yerə baxış keçirib. Bu barədə Trend ə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib.

Onun sözlərinə görə, səfirlik nümayəndəsi nəşriyyatın anbarında "Azadlıq" qəzetinin avadanlıqlarının saxlanma vəziyyəti ilə, həmçinin 9-cu mərtəbəsində qəzetin redaksiyası üçün ayrılan yerlə tanış olub. Bundan sonra nəşriyyatın rəhbərliyi həmin otaqları boşaltdırıb və "Azadlıq" qəzeti əməkdaşlarına bu gün gəlib orada yerləşmələri üçün müraciət edib. Qənimət Zahid bildirib ki, qəzetin nəşriyyatda yerləşməsi təklifinə hətta müsbət cavab versələr belə, bu gün redaksiyanın nəşriyyata daşınması mümkün deyil: "Çünki bu gün qəzet çap olunur və bizim nəşriyyata yerləşməyimiz işimizi dayandıracaq. Bizim yalnız bazar günü ora köçmək imkanımız var".

Bu gün həm də nəşriyyatın 9-cu mərtəbəsində fəaliyyət göstərən "Kaspi" qəzetinin redaksiyasını oradan çıxarıb 4-cü mərtəbədə yerləşdiriblər.

Xatırladaq ki, "Azadlıq" qəzeti 14 ildən bəri yerləşdiyi Xaqani 33 ünvanındakı binadan çıxarılıb.

Xəbər lenti

Xəbər lenti