...

Azərbaycanın mədəniyyət və turizm naziri bu gün Buxarestə yola düşür

Cəmiyyət Materials 14 Dekabr 2006 11:58 (UTC +04:00)

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu gün axşam Buxarestə yola düşür. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən xəbər veriblər.

Səfərin məqsədi - "Mədəniyyət və irs sahəsində əməkdaşlıq üzrə Kiyev təşəbbüsü" regional proqramı ilə bağlı Avropa Şurası ölkələri nazirlərinin dekabrın 15-də Rumıniyanın paytaxtında keçiriləcək görüşündə iştirak etməkdir.

Görüşdə Azərbaycan, Ermənistan, gürcüstan, Moldova, Ukrayna və Rumıniyanın mədəniyyət nazirləri iştirak edəcək. Görüşün nəticələrinə görə yekun deklorasiyanın qəbul edilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti