...

Məleykə Abbaszadə: Magistraturaya qəbul imtahanlarının vaxtı dəyişdiriləcək

Cəmiyyət Materials 15 Dekabr 2006 20:45 (UTC +04:00)

Ali məktəbləri bitirən çağırışçıların magistratura və aspiranturaya sənəd verməsinə şərait yaratmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komitəsi gələn il magistraturaya qəbul tarixini dəyişəcək. Bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın indiki durumu hər bir çağırışçının orduya getməsini tələb edir. "Çünki ölkəmiz müharibə şəraitində yaşayır. Ona görə də bu problemdən çıxış yolu tapılmalıdır. Biz çalışacağıq ki, magistraturaya sənəd qəbulu və imtahanlarını elə bir vaxta salaq ki, bu, çağırış dövrü ilə üst-üstə düşməsin. 2005-ci ilin aprelində bizə belə bir hüquq verilib. Amma vaxt az olduğuna görə, 2006-cı ilin qəbu dövründə bunu həyata keçirə bilmədik. Çalışacaq ki, magistraturaya qəbul imtahanlarını daha tez və müvasir modellə keçirək".

Xəbər lenti

Xəbər lenti