...

Bakıda "RİA Novosti" Günləri keçiriləcək

Cəmiyyət Materials 18 Dekabr 2006 16:39 (UTC +04:00)

Trend xəbər verir ki, dekabrın 20-22-də Bakıda "RİA Novosti" Günləri keçiriləcək.

Keçiriləcək Günlər çərivəsində təşkil olunmuş tədbirlərdə iştirak məqsədilə

Bakıya agentlik rəhbərliyindən ibarət nümayəndə heyəti gələcək. Nümayəndə heyətinin tərkibində agentliyin baş redaktorunun müavini A.Babinskiy, "RİA Novosti"nin MDB və Baltika ölkələri baş direksiyasının direktoru A.Kasayev, "Exo Moskvı" radiostansiyasının baş radaktoru A.Venediktov olacaq.

Günlər çərçivəsində dekabrın 20-də Bakıda "Novosti" Beynəlxalq mətbuat-mərkəzinin və "Novosti-Azerbaydjan" İnformasiya agentliyinin açılışı gözlənilir.

Elə həmin gün saat 14:00-da "RİA Novosti" ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq barədə müqavilə imzalanacaq, nümayəndə heyətinin tələbə və müəllimlərlə görüşü keçiriləcək, "RİA Novosti" 65 il ölkə ilə birlikdə" mövzusunda fotosərginin açılışı olacaq. Məqavilə BSU rektoru K.Abdullayev və "RİA Novosti"nin baş redaktor müavini A.Babinskiy tərəfindən imzalanacaq.

Dekabrın 21-də "RİA Novosti" və "Azərbaycan" qəzetinin birgə layihəsinin təqdimatı olacaq -Azərbaycan dilində "Vesti iz Rossi"nin əlavəsi. Bundan başqa, "RİA Novosti" RKİA ilə "Novosti-Azerbaydjan" KİA arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında razılaşma imzalanacaq.

Xəbər lenti

Xəbər lenti